Yumurtadan 10 qat daha faydalıdır: B12 deposu!backend

Xərçəngə qarşı qorunmasından sümükləri gücləndirməyə, mədə xəstəliklərini yüngülləşdirməyə qədər çoxsaylı faydaları olan kəsmik pendirinin kifayət qədər istifadə olunmadığına diqqət çəkən ekspertlər, kəsmik pendirin xüsusilə immunitet sistemini gücləndirdiyini bildirir və onu süfrənizdən əskik etməməyi tövsiyə edirlər.

“Yeni Gundem” mütəxəssis həkimlərin sözlərinə istinadən xəbər verir ki, immuniteti zəif olan insanların, idmançıların, pəhriz saxlayanların və təzyiq xəstələr üçün kəsmiyin faydaları saysız-hesabsızdır.

Xüsusilə tərkibindəki zərdab zülalı ilə orqanizmin immun sisteminin güclənməsinə qatqı təmin edən kəsmik pendiri idmançıların sağlam pəhriz siyahısında birinci yerdədir.

Qidalanma və Fitoterapiya Mütəxəssisi Gizem Kəsərvuran kəsmik pendirin yalnız xəmir və makaron məmulatlarında istifadə edildiyini söyləyərək, “Kəsmik süfrələrdən əskik olmamalıdır. İmmunitet sisteminin güclənməsinə töhfə vermək və xəstəliklərdən özünüzü uzaq tutmaq üçün kəsmik yemək məsləhətlidir”.

Kəsmik pendirin orqanizm üçün ən vacib qidaları ehtiva edən zülal, kalsium, mineral və vitamin baxımından zəngin bir pendir olduğuna diqqət çəkən Kesərvuran kəsmik pendirin inək pendiri suyundan hazırlandığını ifadə edərək, “bu çox faydalıdır çünki onun tərkibində antigen zülallar yoxdur”.

Kəsmikdə digər süd məhsullarında olmayan çox qiymətli zülal olan zərdab proteini var. Bunun da çox yüksək bioloji dəyəri var. Hətta yumurtadan daha yüksək bioloji dəyərə malikdir.

“Yumurta allergiyası olan insan kəsmik yeyərək bu zülal ehtiyacını asanlıqla ödəyə bilər” deyən Kəsəvəran, “Kəsmik pendirin tərkibində olan zərdab zülalı bütün bədən və əzələ zülallarının daha çox sintezini təmin edir.

Həddindən artıq məşq nəticəsində yarana biləcək əzələ zədələrində müalicəvi təsir göstərir. Bu səbəbdən xüsusilə idmançılar bu pendirin dəyərini bilir və istehlak edirlər. Ancaq bir çox insan bu qiymətli pendirin möcüzəvi təsirindən xəbərsizdir. İnsanlar əsasən kəsmiyi yalnız xəmir və makaron yeyərkən istifadə edirlər,  bu isə azdır.

Bu faydalı pendirdən günün istənilən vaxtında qəlyanaltı kimi faydalanmaq mümkündür. Xüsusilə pəhriz saxlayanlar az duzlu səhər yeməyi kəsmik pendiri ilə pəhrizindən zövq ala bilərlər. 100 qram kəsmik pendirinin tərkibində 700 mq kalsium var.

Çox qidalı və doyurucu olan kəsmik pendiri həm də pəhriz saxlayanların bir nömrəli seçimidir.

Kəsmik pendiri nə qədər yemək lazımdır sualının cavabı yalnız xəstə insanlara aiddir. Çünki əlavə zülalın zərər verə biləcəyi podaqra kimi xəstəlikləri olanlar kəsmik pendiri həddindən artıq yeməməlidir.

Mənbə: CNN-turk

Aynur Camal