Yunanıstan lideri Mitsotakis Türkiyə vətəndaşları üçün Yunanıstan adalarında viza rahatlığının mart ayından başlayacağını açıqlayıb.
Yunanıstanın baş naziri bildirib ki, iki ölkə arasında münasibətlərdə “gərgin dövrlər” keçib.
Yunanıstan Prezidenti Kiriakos Mitsotakis Türkiyə vətəndaşları üçün Egeydəki 10 Yunan adasına mart ayından etibarən viza rejiminin sadələşdirilməsinə başlayacağını açıqlayıb. ERT dövlət televiziyasına danışan Mitsotakis mart ayında qüvvəyə minəcək razılaşmanın daimi olacağına “inandığını” bildirib.
Viza rahatlığı Egeydəki Rodos, Kos, Samos, Sakız, Meis, Symbeki, İlerioz, Lemnos, Midilli və Kilimli adalarını əhatə edir. Türkiyə vətəndaşlarına adalardakı limanlarda 1 il etibarlı olacaq 7 günlük viza veriləcək. “Limanda viza” müraciəti yalnız pandemiyadan əvvəlki yay ayları üçün tətbiq edilib.
Mitsotakis müsahibəsində Afina ilə Ankara arasında müsbət təcil qazanan münasibətlərə də toxunaraq, gərginlik və böhran dövrlərinin artıq arxada qaldığına inandığını bildirib.
“Prezident (Tayyib) Ərdoğanla son 3 görüşümüzdən sonra mən indi çox daha optimistəm” deyən Miçotakis, münasibətlərdə yumşalmanın sahədə də müşahidə edildiyini, iqtisadi əlaqələrin gücləndirilməsi və daha yaxşı istiqamətdə əhəmiyyətli irəliləyişlərin əldə edildiyini bildirib.
“Bizim üçün fikir ayrılığına səbəb olan yeganə məsələ Egey və Şərqi Aralıq dənizində kontinental şelf və iqtisadi müstəsna zona sərhədlərinin müəyyən edilməsidir” deyə o vurğulayıb.
Mənbə: hurriyyət.tr
Aynur Camal