Yunanıstan dezinformasiyaya qarşı birlik yaradacaqbackend

Türkiyə nümunə göstərdi: Yunanıstan dezinformasiya əleyhinə bölmə yaratmaq üçün hərəkətə keçdi.

Sözügedən bölmənin Yunanıstan Xarici İşlər Nazirliyi tərəfindən Rəqəmsal İdarəetmə Nazirliyi ilə əməkdaşlıqda yaradılması hədəflənir. Onlar da süni intellektdən faydalanacaqlar.

Rabitə Müdirliyinin beynəlxalq fəaliyyət göstərdiyi “Türkiyə Ünsiyyət Modeli”nin uğurundan ilhamlanan Afina hökuməti Dezinformasiya ilə Mübarizə Mərkəzinə bənzər bir bölmə ilə yalan məlumatların qarşısını almağı hədəfləyir.

Yunanıstanın dezinformasiya ilə mübarizə səyləri

Kathimerini qəzetinin xəbərində dezinformasiyanın təkcə daxili siyasətdə deyil, həm də xarici siyasətdə problem yaratdığına diqqət çəkilib.

Xəbərdə bir ölkənin adi silahlar yerinə dezinformasiya ilə hədəf alına biləcəyi vurğulanıb və hökumətin dezinformasiyanın qarşısını almaq üçün xüsusi bir bölmə yaradacağı bildirilib.

 Türkiyəni nümunə götürdülər

Yunan mətbuatında dərc olunan əvvəlki xəbərlərdə Türkiyənin Dezinformasiya ilə Mübarizə Kommunikasiya Mərkəzi Müdirliyinə bənzər bir platforma ehtiyacı olduğu ifadə edilmişdi.

Belə ki, Yunan kanalında həqiqətə uyğun olmayan xəbəri Dezinformasiya ilə Mübarizə Mərkəzi tərəfindən aradan qaldırılıb.

Mənbə: EnSonHaber

Aynur Camal