Yunanıstanda həkimlər küçələrə çıxdıbackend

Yunanıstanın paytaxtı Afinada həkimlər və səhiyyə işçiləri küçələrə axışıb. Bəzi dövlət xəstəxanalarında dünəndən başlayan adi, işdənkənar ödənişli əməliyyat praktikası etiraz edilib.

Afinadakı Evangelismos xəstəxanasına toplaşan nümayişçilər şüarlar səsləndirib və iş saatları xaricində rutin cərrahiyyə əməliyyatlarının aparılmasına qarşı olduqlarını ifadə edərək səslərini eşitdirməyə çalışıblar.

Nümayişçilərin oxuduğu bəyannamədə səhiyyə sisteminin bu tətbiqlə özəlləşdirildiyi bildirilib və “Hər kəsin səhiyyə sisteminə daxil olmaq hüququ var” deyilib.

Bundan əlavə, bəyanatda dövlət xəstəxanalarında çalışan həkimlərin xəstələri heç vaxt müştəri kimi görməyəcəyi vurğulanıb.

SƏHİYYƏ NAZİRİ DƏ ETİRAZLARIN HƏDƏFİDİ

Yunanıstanın səhiyyə naziri Adonis Georgiadis dünən saatlar xaricində ilk əməliyyatın edildiyi Salonikidəki Papageorgiu xəstəxanasına səfəri zamanı bir nəfərin şifahi etirazına məruz qalıb.

Etirazçı “Sağlamlıq kommersiya məhsulu deyil. Bu, cəmiyyətin rifahı və sağlamlığı üçün təmin edilməlidir” dedi.

Yerli mətbuatda dərc olunan xəbərlərdə iş saatları xaricində edilən əməliyyatların xərclərinin 300 ilə 2 min avro arasında dəyişdiyi və bu əməliyyatların Saloniki, Genimata və Dedeağaçdakı Papageorgiu, Agios Pavlos və Ahepa xəstəxanalarında aparılacağı bildirilib.

Mənbə: TGRT

Aynur Camal