Yüzlərlə insan soyuq havanın qurbanı oldubackend

Son 48 saatda Tayvana təsir edən soyuq dalğa nəticəsində yüzlərlə insan həyatını itirib. Çinlə suverenlik mübahisəsi olan Tayvanda soyuq dalğa səbəbindən temperatur 10 dərəcədən aşağı düşüb. Son 2 gündə həddindən artıq soyuqdan 145 nəfər ölüb.

Milli Yanğından Mühafizə Agentliyinin (NFA) verdiyi açıqlamada həyatını itirənlərin xroniki xəstələrlə yanaşı, yaşlıların da olduğu bildirilib. Həyatını itirənlərin ölüm səbəbi ani ürək dayanması olaraq açıqlanıb.

NFA-nın açıqlamasında xüsusilə ürək-damar xəstələri və yaşlılara təsirlərinin önümüzdəki günlərdə də davam edəcəyi gözlənilən soyuq hava şəraiti ilə bağlı diqqətli olmaları barədə xəbərdarlıq edilib. Taypey şəhərinin yeni yanğınsöndürmə rəisi Li Çinq-an vurğulayıb ki, sobaları isitmək üçün istifadə edəcək Tayvanlılar havalandırmaya diqqət yetirməlidirlər.

Mənbə: TGRT

Aynur Camal