Zakir Həsənov NATO nümayəndəsi ilə görüşdübackend

Azərbaycanın müdafiə naziri NATO nümayəndəsi ilə görüşüb.

“Yeni Gundem” xəbər verir ki, Martın 9-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi, general-leytenant Mustafa Oğuz ilə görüşüb.

Qonağı salamlayan general-polkovnik Z.Həsənov onu ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib. Müdafiə naziri Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb. Azərbaycanın qardaş xalqın dərdinə şərik olduğunu qeyd edən nazir ölkəmizin hər zaman Türkiyənin yanında olduğunu vurğulayıb.

General-polkovnik Z.Həsənov qonağa Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunda aparılan islahatlar, işğaldan azad edilmiş ərazilərdə görülən işlər, o cümlədən hərbi əməliyyatlar barədə məlumat verib. Azərbaycan-Ermənistan şərti dövlət sərhədində və Qarabağ iqtisadi zonasında mövcud vəziyyət.

NATO ilə əməkdaşlıqda əldə olunan uğurlardan danışan nazir əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Öz növbəsində general-leytenant Mustafa Oğuz zəlzələdən sonra göstərilən dəstəyə görə minnətdarlığını bildirib. O, martın 5-də səhər saatlarında qanunsuz erməni birləşmələrinin törətdiyi təxribat nəticəsində şəhid olan Azərbaycan ordusunun hərbçilərinin ruhuna şəfa diləyib, ailələrinə dərin hüznlə başsağlığı verib.

Azərbaycanla əməkdaşlığın hazırkı vəziyyətinə toxunan NATO Quru Qoşunları Komandanlığının Baş Qərargah rəisi bu sahədə əldə olunan nəticələrdən məmnunluğunu ifadə edib. Görüşdə Azərbaycan ilə NATO arasında Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində hərbi əməkdaşlığın xüsusi əhəmiyyəti qeyd edilib.

Sonda ikitərəfli münasibətlərin inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Fərahim RƏHİMOV