Zamiq sevənləri ilə görüşəcəkbackend

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında “Qonağımız var” layihəsi çərçivəsində müğənni Zamiq Hüseynov ilə görüş keçiriləcək.


“Yeni Gundem” xəbər verir ki, estrada ulduzu ilə görüş 30 yanvar tarixində saat 14:00-da baş tutacaq. Tədbirdə Zamiq gələn qonaqların suallarını cavablayacaq, bir neçə nəğmə də ifa edəcək. Xatırladaq ki, yerli məşhurlarla bu tip silsilə görüşlər davamlı şəkildə olacaq.