Zaqatalada evdən 5000 manatlıq qızıl-zinət əşyaları oğurlandıbackend
Zaqatala Rayon Polis Şöbəsinə mart ayında rayonun Yuxarı Tala kəndində yerləşən evlərin birindən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbənin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.
Zərərçəkmişə məxsus evdən 5 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması müəyyən edilib.
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş, zərərçəkmişin həmkəndlisi 22 yaşlı Əhməd Məmmədov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.