Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Hazırda İnşaatçılar qəsəbəsində zavod ərazisində təkər tullantıları yanır. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.
Qeyd olunub ki, yanğınsöndürmə işləri davam etdirilir, əlavə məlumat veriləcək.
***
Fövqəladə Hallar Nazirliyi Sumqayıtda baş verən yanğınla bağlı növbəti açıqlama yayıb. Qeyd olunub ki, İnşaatçılar qəsəbəsində zavod ərazisində baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.