Zaxarova Ukraynanın Qafqazda münaqişəni qızışdırmaq istədiyini açıqladıbackend

“Kiyev hakimiyyəti Qafqazda və Dnestryanıda hərbi münaqişələri qızışdırmaq istəyir” – Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Kiyevdə Moskvaya qarşı yönəlmiş “ikinci cəbhə” açmaq istəyirlər.

“Bu yaxınlarda Gürcüstanı oxşar hərbi əməliyyatlara başlamağa çağıran Ukrayna Prezidenti Vladimir Zelenskinin ardınca Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Moldova hakimiyyətinə də oxşar çağırışla müraciət edib.

Zaxarovanın sözlərinə görə, Ukrayna hakimiyyəti Qafqazda və Dnestryanıda müharibəni qızışdırır.

Diplomat həmçinin hesab edir ki, Ukrayna üzrə oktyabrın 28-29-da Maltada keçiriləcək Kopenhagen formatında keçiriləcək görüş əks-məhsuldardır və heç bir perspektivi yoxdur.

Bundan əvvəl, oktyabrın 12-də Tiraspol Sosial-Siyasi Tədqiqatlar və Regional İnkişaf İnstitutunun direktoru İqor Şornikov Moldova hakimiyyətinin ABŞ-ın dəstəyi ilə Rusiya Federasiyası ilə silahlı münaqişəyə hazırlaşdığına işarə etmişdi.

“Qərb Moldovanı Rusiya ilə münaqişəyə sövq etmişdi” – buna hələ avqust ayında Zaxarova diqqətləri yönəltmişdi. O qeyd etmişdi ki, Moskva Kişinyovu bu cür hərəkətlərin fəlakətli nəticələri barədə xəbərdar edib.

Onun fikrincə, ölkə hakimiyyəti onu “qonşu Ukraynanın artıq düşdüyü uçuruma doğru inadla çəkməyə davam edir”.

Mənbə: mail.ru

Aynur Camal