Zaxarovadan qərbi azərbaycanlıların Ermənistan ərazisinə qaytarılması məsələsinə MÜNASİBƏTbackend

Rusiya Xarici İşlər Nazirliyi qərbi azərbaycanlıların Ermənistan ərazisinə qaytarılması məsələsinə münasibət bildirib.

“Yeni Gundem” xəbər verir ki, Rusiya XİN rəsmi nümayəndəsi bu gün keçirdiyi brifinqdə bu mövzunun olduqca həssas xarakter daşıdığını söyləyib. Onun sözlərinə görə, bu mövzuya Bakı və İrəvan arasında dialoq çərçivəsində iki xalqın barışması kontekstində baxılmaldır:

“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin əsasını kompleks üçtərəfli razılaşmalar təşkil edir. Bu razılaşmalar humanitar problematikanı da əhatə edir. Bu gün üçün Bakı və İrəvanın başlıca vəzifəsi bu razılaşmaların bəndlərinin ardıcıl reallaşdırılmasıdır”.

APA