Zəfər Günündə hərbi orkestrin müşayiəti ilə yürüş keçirildi – FOTO – YENİLƏNDİbackend

Bakıda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib.

“Yeni Gundem” xəbər verir ki, hərbi orkestrin müşayiəti ilə təşkil olunan yürüşdən əvvəl şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycanın Dövlət himni səsləndirilib.

Qeyd edək ki, yürüşlər 3 marşrut üzrə təşkil edilib:

– Heydər Əliyev sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı;

– Şəhidlər Xiyabanı – “Alov qüllələri” kompleksi – “İçərişəhər” metrosu – İstiqlaliyyət küçəsi – Azneft dairəsi – Bəhram Gur heykəli;

– Hüseyn Cavid parkı – Hüseyn Cavid prospekti – Parlament prospekti – Şəhidlər Xiyabanı;

***

10:15

Bakıda Zəfər Günü münasibəti ilə hərbçilərin yürüşü başlayıb.

Hərbi orkestrin müşayiəti ilə təşkil olunan yürüşdən əvvəl şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan dövlət himni səsləndirilib.

Qeyd edək ki, yürüşlər 3 marşrut üzrə keçirilir.

– Heydər Əliyev sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı;

– Şəhidlər Xiyabanı – “Alov qüllələri” kompleksi – “İçərişəhər” metrosu – İstiqlaliyyət küçəsi – Azneft dairəsi – Bəhram Gur heykəli;

– Hüseyn Cavid parkı – Hüseyn Cavid prospekti – Parlament prospekti – Şəhidlər Xiyabanı;

Bundan başqa, Şuşa şəhərində də hərbi yürüş keçiriləcək.

APA