Zəfər paradından nəzərdən qaçırdığımız KADRLAR – Ramiz Mehdiyev…backend

Dekabrın 10-da keçirilən Zəfər paradı hər bir azərbaycanlının qürur hissi ilə müşayiət olunduğu təntənəli, illərdir arzulanan möhtəşəm tədbir kimi tarixə düşdü.

Amma KONKRET.az-ın əməkdaşının gözündən qaçmayan epizodlar da oldu. Həmin kadrlar kameraların yaddaşına çevrildi və zaman gəldikcə bu ibrətamiz fotolar onun haqda yazan nəşrlərin manşetləri bəzəyəcək.

Həmin fotolardan biri Rusiyapərəst, adı ciddi siyasi qalmaqallarda hallanan Ramiz Mehdiyevə aiddir. O Ramiz Mehdiyevə ki, vaxtilə qılıncının dalı da kəsirdi, qabağı da.

İkinci kadrda isə Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov görünür. Fotodan belə aydın olur ki, o arxasını Ramiz Mehdiyevə çevirməklə öz mövqeyini ortaya qoyur, akademikin mövcud “nüfuzunun” ölçüsünü nümayiş etdirir.

Hər iki halda cənab Mehdiyev şad-xürrəm görünmür. Cəmiyyətdə Rusiya sülhməramlılarına yaranan etimadsızlıq fonunda 5-ci kolona ikrah hissi getdikcə artır. Fotonun qəhrəmanı da bunu bilməmiş deyil. Ona görə də əyləşdiyi yerdə təkləndiyi görünüşü simvolik xarakter də daşıyır.