Zelenski Si Cinpinlə danışdıbackend

Biz Ukrayna üçün ədalətli və möhkəm sülhdən danışdıq.

“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Çin prezidenti Si Cinpinlə telefon danışığından sonra bildirib.

“Bir saatlıq söhbət zamanı biz ikitərəfli münasibətlərin bütün aktual məsələləri kompleksini müzakirə etdik. Biz Ukrayna üçün ədalətli və möhkəm sülhün bərqərar olması üçün mümkün qarşılıqlı fəaliyyət yollarına xüsusi diqqət yetirdik.

Heç kim sülhü Ukrayna xalqından çox istəmir. Biz yerdəyik və gələcəyimiz üçün mübarizə aparırıq, ayrılmaz özünümüdafiə haqqımızdan istifadə edirik. Sülh beynəlxalq hüququn prinsiplərinə və BMT Nizamnaməsinə əsaslanaraq ədalətli və möhkəm olmalıdır.

Ərazi kompromisləri hesabına sülhdən söhbət gedə bilməz. Ukraynanın ərazi bütövlüyü 1991-ci il sərhədləri daxilində bərpa edilməlidir”, – Ukrayna prezidentinin ofisinin yaydığı bəyanatda deyilir.

Zelenski həmçinin qeyd edib ki, söhbət zamanı o və Si Cinpinq Ukrayna-Çin tərəfdaşlığını gücləndirmək yollarını müzakirə ediblər, çünki Çin Rusiyaya genişmiqyaslı işğaldan əvvəl Ukraynanın əsas ticarət tərəfdaşı olub.