Zelenski Sunakla danışdıbackend

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Rişi Sunak ilə telefon danışığı aparıb.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Ukrayna lideri öz teleqram kanalında məlumat verib.

“Böyük Britaniyanın Baş naziri Rişi Sunak ilə yaxşı söhbətimiz oldu. Mən cəbhədəki vəziyyət, Baxmutun müdafiəsi barədə məlumat verdim”, – deyə Zelenski yazıb.

Həmsöhbətlər son beynəlxalq hadisələrlə bağlı da fikir mübadiləsi aparıblar.

Fərahim Rəhimov