Zelenski Ukraynanın yeni müdafiə nazirini təqdim edibbackend

Ukrayna prezidenti Vladimir Zelenski ölkənin yeni müdafiə naziri Rustem Umerovu hökumətə təqdim edib. Bu barədə dövlət başçısı özünün Telegram kanalında yazıb.

“Yeni Gundem” xəbər verir ki, “Yeni müdafiə naziri Rustem Umerovu təqdim etdi. Və indi onun qarşısında duran vəzifələr”, – Ukrayna lideri bildirib.

Zelenski vurğulayıb ki, Ukrayna əsgəri müdafiə qüvvələrinin əsas prioritetidir və onun xeyrinə müdafiə qüvvələrinin fəaliyyətində dəyişiklik tələb olunarsa, bu cür dəyişikliklər dərhal həyata keçirilməlidir. Prezidentin sözlərinə görə, bu, hərbçilərin vaxtını və enerjisini tələb edən bürokratik prosedurlardan tutmuş onların təminatına qədər hər şeyə aiddir.

Ukrayna prezidenti qeyd edib ki, əsas şey qəbul edilən qərarlara, davam edən satınalmalara, bölmələr və Ukrayna müdafiə sisteminin digər hissələri arasında əlaqəyə inamdır.

“Əminəm ki, Rustem Umerov bunu təmin etməyə qadirdir”, – deyə Zelenski yekunlaşdırıb.

Sentyabrın 3-də Zelenski Oleksiy Reznikovu müdafiə naziri vəzifəsindən azad etmək qərarına gəldiyini açıqlayıb və onun yerinə Ukraynanın Dövlət Əmlak Fonduna rəhbərlik edən 41 yaşlı Umerovun təyin edilməsini təklif edib.

Sentyabrın 5-də Ali Rada Reznikovun Ukrayna Müdafiə Nazirliyinin rəhbəri vəzifəsindən istefasını dəstəkləyib. Ertəsi gün deputatlar Umerovun Ukrayna Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinə təyin edilməsinə səs veriblər.

Bundan əvvəl Zelenski Ukraynanın hərbi əməliyyatları Rusiya Federasiyası ərazisinə keçirməsinə mane olduğunu bildirib.