Zəlzələ fəlakəti! Ölənlərin sayı artırbackend

Yaponiyanın İşikava əyalətində baş verən və Toyama, Niiqata, Fukui və Gifu əyalətlərində də güclü hiss edilən 7,6 bal gücündə zəlzələnin 8-ci günündə ölənlərin sayı 161 nəfərə çatıb. Yaralıların sayı isə 565 olaraq açıqlanıb. Onlardan xəbər alınmayan 103 nəfərin isə axtarışları davam edir.

Həmçinin zəlzələdə zərər çəkən binaların sayının 1401 olduğu qeyd edilib. Təxminən 28 min insanın müvəqqəti sığınacaqlarda qaldığı bildirilərkən, İşikawa və Toyama əyalətlərində bəzi bölgələrdə elektrik və su kəsilməsinin davam etdiyi öyrənilib.

Zəlzələ zonasının bəzi hissələrinə qar yağması Yaponiya Özünümüdafiə Qüvvələri (SDF), Yaponiya Sahil Mühafizə Qüvvələri (JCG) və polis qrupları tərəfindən aparılan axtarış-xilasetmə və yardım səylərini çətinləşdirsə də, Yaponiya Meteorologiya Agentliyi (JMA) xəbərdarlıq edir. Böyük ziyan görən evlər yığılan qar səbəbiylə çökə bilər.

Digər tərəfdən, mütəxəssislər yaxın bir ay ərzində bölgədə 5 və daha çox bal gücündə zəlzələlərin baş verə biləcəyi barədə xəbərdarlıq edirlər.

Sahil bölgələri üçün sunami xəbərdarlığı edilib. Artıq bəzi bölgələrdə hündürlüyü 1,2 metrə çatan sunami dalğaları müşahidə edilib. Minlərlə insanın təxliyəsinə səbəb olan zəlzələ nəqliyyat xətlərində də axsamalara səbəb olub.

Mənbə: Ahaber

Aynur Camal