Zəlzələ nəticəsində ölənlərin sayı 213-ə yüksəlibbackend

Yaponiyanın qərbindəki İşikava əyalətində və bu bölgədəki Noto yarımadasının sahillərində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 213-ə yüksəlib.

İşikava əyalətinin qubernatorluğundan verilən açıqlamaya görə, yanvarın ilk həftəsində baş verən çoxsaylı zəlzələlərdə ölənlərin sayı 213-ə yüksəlib.

Açıqlamada, 25 mindən çox insanın 400 təxliyyə məntəqəsində qaldığı, 3 min 100 nəfərin bağlı yollar səbəbiylə qapalı vəziyyətdə qaldığı və 60 minə yaxın evin elektrik enerjisinin kəsildiyi bildirilib.

Açıqlamada bölgədə baş verən zəlzələlərdə yaralanan 567 nəfərin müalicə aldığı qeyd edilib, xəbəri olmayan 52 nəfərin axtarışlarının davam etdiyi paylaşılıb.

Mərkəzi hökumət zəlzələ bölgəsində qapalı qalanlar üçün ətrafdakı Fukui, Toyama və Niigata əyalətlərində ümumilikdə 10 min nəfər üçün yaşayış məntəqələri hazırlayacağını açıqlayıb.

Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, yanvarın 1-dən 5-dək Noto yarımadasında və İşikava sahillərində 5-7 bal gücündə çoxlu zəlzələ baş verib. İşikava əyalətinin qubernatorluğundan verilən açıqlamaya görə, yanvarın ilk həftəsində baş verən çoxsaylı zəlzələlərdə ölənlərin sayı 213-ə yüksəlib.

Açıqlamada, 25 mindən çox insanın 400 təxliyyə məntəqəsində qaldığı, 3 min 100 nəfərin bağlı yollar səbəbiylə qapalı vəziyyətdə qaldığı və 60 minə yaxın evin elektrik enerjisinin kəsildiyi bildirilib.

Açıqlamada bölgədə baş verən zəlzələlərdə yaralanan 567 nəfərin müalicə aldığı qeyd edilib, xəbəri olmayan 52 nəfərin axtarışlarının davam etdiyi paylaşılıb.

Mərkəzi hökumət zəlzələ bölgəsində qapalı qalanlar üçün ətrafdakı Fukui, Toyama və Niigata əyalətlərində ümumilikdə 10 min nəfər üçün yaşayış məntəqələri hazırlayacağını açıqlayıb.

Xatırladaq ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, yanvarın 1-dən 5-dək Noto yarımadasında və İşikava sahillərində 5-7 bal gücündə çoxlu zəlzələ baş verib.

Mənbə: TrtHaber

Aynur Camal