“Zəngəzur dəhlizi layihəsi artıq Bakı üçün cəlbedici deyil”.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib:
– Bakı artıq Ermənistan ərazisindən Naxçıvana quru keçidinin yaradılmasında maraqlı deyil və əvəzində bu məsələni İran vasitəsilə həll edəcək.
– Azərbaycanın Zəngəzuru ələ keçirmək planı yox idi.
– Tərəflər bu dəhlizin açılması ilə bağlı razılığa gəlmədiyi üçün bu layihə bizim üçün əhəmiyyətini itirdi.
– Əvəzində biz İranla yerüstü əlaqə layihəsi həyata keçirə bilərik”.
Mənbə: İRNA
Aynur Camal