Zəngəzur dəhlizinin açılması ilə bağlı İrandan müsbət siqnalların gəlməsi sevindiricidir – Ərdoğanbackend

Quru və dəmir yolları ilə Naxçıvan, eləcə də Azərbaycanın digər bölgələri arasında birbaşa əlaqə qurmağımız münasibətlərimizi daha da gücləndirəcək. Trend xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

“Bu səbəbdən də Zəngəzur dəhlizinin tez bir zamanda açılması üçün əlimizdən gələni edəcəyik. Türkiyə və Azərbaycan üçün çox vacib olan bu dəhlizin reallaşması strateji məsələdir və tamamlanmalıdır. Bu dəhliz açıldıqda Bakıdan çıxan nəqliyyat vasitəsi və ya qatar birbaşa Qarsa gələ biləcək. Türkiyə-Azərbaycan qardaşlığı daha da möhkəmlənəcək. Bu məsələ ilə bağlı İrandan müsbət siqnalların gəlməsi sevindirici haldır”, – deyə Ərdoğan əlavə edib.