Zərdabdan deputatlığa namizəd Seymur Bayramov: “Hər bir seçiciyə və onların problemlərinə fərdi yanaşırıq və yanaşacağıq! “- FOTOLARbackend

92 saylı Zərdab – Ucar seçki dairəsində ziyalılarımızın xeyir duasıyla, dəyərli həmyerlilərimizlə görüşlərimizi başladıq. Rastlaşdığımız yüksək dərəcə istiqanlılıq və mehribanlıq məni bir daha əmin edir ki, vəzifəsindən və səlahiyyətindən asılı olmayaraq hər bir kəs ilk öncə insani dəyərləri önəmsəməli, digərlərinə diqqət və qayğı ilə yanaşmalıdır. Seçiciləri boş-boş vədlərlə inandırıb inamsızlıq və ümidsizlik yarasının üstünə duz tökmək bizim mövqeyimizə aid deyil. İnsanlarımızın problemlərini dinləməkdən qorxan bəzi soyuqaqanlı məmur və deputatlar demək ki insanlarımıza daha çox fərdi yanaşmaq əvəzinə özlərini və öyrəşdikləri status və vəzifəni düşünürlər və düşünməkdədirlər. UNUTMAYIN ki, xalqımızın gücü və iradəsi hər bir amildən önəmlidir! Cənab Prezident hər bir məmura nümunə olmaq və insanlarımıza qayğı ilə yanaşmağı tapşırıb. Bu tapşırıqlara əməl etməyənlərin düşünməyə zamanı azdır artıq! Təkcə problemləri yox, problemlərin daha tez həlli yollarını müzakirə etdik insanlarımızla. İllərnən həllini tapmayan problemlərin əslində Çox sadə həll yollarını aşkarladıq. Güc birlikdədir! Hər bir problemin həlli yolu düzgün araşdırma və dəqiq müəyyənləşmiş istiqamətlənmədən asılıdır. Bunun üçün isə mütləq insanlarla daimi təmasda olmaq və müzakirələr aparmaq lazımdır. Zərdab rayonununda Qarabağ uğrunda döyüşlərdə iştirak etmiş dəyərli qazi ailəsinin qonağı olduq. Problemlərini dinlədik. Azərbaycanımızın qazilərinə hər zaman xüsusi həssaslıqla yanaşmaq, qayğılarını hər zaman diqqətdə saxlamaq hər birimizin vəzifə borcudur.
Bu bir başlanğıcdır! Görüşlərimiz ən fəal şəkildə davam edəcək! Hər bir insana, onun qayğı və problemlərinə fərdi yanaşmaq uğurlu islahatlar dönəminə səmərəli töhfə olacaqdır!

Süleyman Tanrıverdiyev