8-9 iyul tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaqbackend

8-9 iyul tarixlərində Kənd Təsərrüfatı NazirliyitərəfindənKənddən Şəhərəhəftəsonu yarmarkasıkeçiriləcək.

“Yeni Gundem” xəbər verir ki, yarmarkanın təşkil olunmasında əsas məqsəd yerlifermerlər üçün alternativ satış kanalı yaratmaq, eynizamanda şəhər sakinlərini təbii, mövsümi sağlam kənd məhsulları ilə dolğun şəkildə təminetməkdir.

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanındakeçiriləcək yarmarkada müxtəlif regionlardan dəvətolunan fermerlər yerli kənd təsərrüfatı qidaməhsullarını satışa çıxaracaqlar.

Satışa çıxarılan məhsulların kеyfiyyətinəAzərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarətedəcək. Belə ki, yarmarkada Səyyar QidaLaboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlarlaboratoriyanın xidmətlərindən faydalana bilərlər.

Qeyd edək ki, fermerlər yarmarkada tamamiləödənişsiz şəkildə iştirak edəcəklər. Onlar piştaxta, tərəzi, soyuducu digər lazımi ləvazimat avadanlıqlarla təmin olunacaqlar. Həmçinin, məhsullarının daşınmasında çətinlik çəkənfermerlərə loqistik dəstək göstərilərək məhsullarıtəsərrüfatlarından birbaşa yarmarka keçirilənünvanlara qədər daşınacaq.