ABŞ dövlət katibi qətərli həmkarı ilə görüşübbackend

ABŞ dövlət katibi Entoni Blinken və Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Tani arasında Vaşinqtonda görüş baş tutub.

“Yeni Gündəm” xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, nazirlikdə baş tutan görüşdə ikitərəfli və regional bir çox məsələlər müzakirə edilib, iqtisadiyyatdan müdafiəyə qədər bir çox mövzular hərtərəfli dəyərləndirilib.

Eyni zamanda, görüşdə Rusiya-Ukrayna müharibəsinin bölgədəki əksi, Körfəz bölgəsindəki son hadisələr və digər regional məsələlər də xüsusi diqqətə çəkilib.