ABŞ erməni separatçılarını silahlandırır – AÇIQLAMAbackend

Amerikanın Azərbaycan ərazisində olan separatçılarına 2 milyon dollar maliyyə yadımının ayrılması Birləşmiş Ştatların terrorizmlə yanbayan durduğunun göstəricilərindən biridir. Buna qarşı dövlətimiz də, vətəndaşlarımız da mübarizə aparmalıdır. Hesab edirəm ki, separatçılara, müəyyən dövlət və qurumların maliyyə vəsaiti ayırması əsla qəbul edilən bir məsələ deyil”.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında politoloq Tural İsmayılov deyib.

Politoloq hesab edir ki, ABŞ dünyada hərzaman xalqların ərazi bütövlüyünü şübhə altına salır.
“Çünki nəzərə alınmalıdır ki, dövlətlərin beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü var və hər bir qlobal gücdə dövlətlərin beynəlxalq hüquqla tanınan suverənliyinə və ərazi bütövlüyünə hörmət etməlidir. Amma təəsüflər olsun ki, ABŞ ölkələrin daxilinə müxtəlif xaosla nifaq toxumu səpərək sabitliyin laxlamasına səbəb olan böhranlar yaradır”.
T.İsmayılovun sözlərinə görə, erməni separatçılarına vəsaitin ayrılması Azərbaycana qarşı olan ədalətsizlikdir.
“Bu gün ABŞ-ın , xüsusilə də, Rusiya mərkəzli Vardanyan tərəfindən idarə olunan separatçılara yardım ayırmaq qərarı ABŞ-ın ədalətsizliyini növbəti dəfə ortaya qoyan davranışdan başqa birşey deyil.
Mina terroruna məruz qalan Azərbaycan tərəfidir. 44 günlük müharibə yekunlaşdıqdan bu yana 200-dən çox vətəndaşımız mina terrorunun qurbanı olub. Həmçinin, erməni separatçılarına ayrılan vəsaitin hara xərcləndiyinə nəzarət edilmir. ABŞ-da təmsil olunan erməni diasporasının bu gün ABŞ konqresindəki siyasətçiləri ələ almaq fonunda edilən maliyyə yardımı haqsızlıqdan başqa birşey deyil”.

Ellada