ABŞ “Hizbullah”ın bazasını bombaladı – 25 ölü, 51 yaralıbackend

ABŞ aviasiyası ötən gecə dronlarla İraqın Əl-Qaim şəhəri yaxınlığında yerləşən “Hizbullah”ın bazasına hava zərbələri endirib. 

“Yeni Gundem”in “Rosbalt” agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 25 nəfər həlak olub, 51 nəfər xəsarət alıb.

Yaralananların əksəriyyyəti ağır vəziyyətdədir. Ölənlərin artacağı istisna edilmir.

İraq parlamenti bütün xarici qüvvələrin ölkədən çıxarılması üçün təcili qərar verməyə çağırıb.

ABŞ Müdafiə nazirinin köməkçisi Conatan Hoffmanın sözlərinə görə, güclü aviazərbələrin hədəfi silah anbarları və komanda mərkəzləri olub.