ABŞ-ın ticarət siyasəti “böyük dəliyə” çevrilibbackend

ABŞ prezidenti Co Baydenin ticarət və xarici iqtisadi siyasətindəki “böyük dəlik” müasir dünyanın reallıqlarında uzunmüddətli strategiyanın həyata keçirilməsinə imkan verməyəcək.

“Yeni Gundem” xəbər verir ki, bu barədə “The Independent” nəşri yazır.

Amerika lideri hazırkı onilliyi “həlledici” adlandırıb, lakin ABŞ-ın yaratdığı dünya nizamı Rusiya və Çin tərəfindən “zorakılıqla məhv edilə bilər”,- məqalə müəllifi qeyd edib.

Həmçinin o vurğulayıb ki, Vaşinqton Rusiyaya “təcili” problem kimi baxır, lakin Amerika hegemonluğuna “daha ciddi təhlükə” Çindən gəlir – ABŞ-ı “dünyanın nüfuzlu dövlətinin taxtından” devirə biləcək yeganə dövlət təhlükəsi…
“The Independent” yazır ki, ABŞ-ın qlobal iqtisadiyyatda nisbi çəkisinin azalmasına diqqət çəkib, halbuki Çinin ÜDM-i alıcılıq qabiliyyəti paritetinə görə artıq amerikalıları üstələyir.

ABŞ strategiyasındakı “böyük dəlik” “müttəfiqləri və dostları daha da birləşdirə biləcək cəlbedici iqtisadi və ticarət siyasətinin olmamasıdır”.

Ayşən