Açılışı olan estakada və nasos stansiyaları bir il ərzində belə tikilib – Videobackend

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Bakıda “AzərEnerji”nin “Şimal” Elektrik Stansiyasının yeni estakada və su nasos stansiyalarının o cümlədən “Şimal” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak edib.

“Yeni Gundem” estakada və su nasos staniyalarının cəmi bir il ərzində necə ərsəyə gətirilməsindən hazırlanan video roliki təqdim edir. Qeyd edək ki, son dövürlərdə Xəzər dənizində su səviyyəsinin 2 metrə yaxın aşağı düşməsi ölkənin ikinci böyük elektrik stansiyası olan və Bakının 40 faizə qədərini enerji ilə təchiz edən 800 MVt-lıq “Şimal” Elektrik Stansiyasını dayanmaq təhlükəsi ilə üzləşdirmişdi və buna görə də təxirə salınmaz şəkildə bu böyük layihə gerçəkləşdirilib.