Ağac və kolların kənd sakini tərəfindən məhv edildiyi müəyyən edilibbackend

Dövlət Ekoloji Təhlükəsizlik və Meşələrin İnkişafı Xidmətlərinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bərdə meşəbəyliyinin 1 saylı dolayında qanunsuz şumlama işlərinin aparıldığı və nəticədə ağac və kol bitkilərinin məhv edildiyi müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov “Yeni Gundem”-ə bildirib ki, aparılan araşdırma zamanı ağac və kolların Ağdam rayonu, İsmayılbəyli kənd sakini Həsən Həsənov tərəfindən məhv edildiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

“Meşə təsərrüfatına dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır”.