Ağır itki ÜZ VERDİ: Xalq artisti VƏFAT ETDİ – FOTObackend

Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunmuş SSRİ Xalq artisti Murad Kajlayev 92 yaşında vəfat edib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Rusiya Federasiyası Dağıstan Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

“Təəssüf ki, Murad Kajlayev Dağıstanda dünyasını dəyişib”, – qurumdan bildirilib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il yanvarın 15-də imzaladığı sərəncamı ilə M.Kajlayev Azərbaycan mədəniyyətinin inkişafında və Rusiya ilə Azərbaycan arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə “Dostluq” ordeni ilə təltif edilib.

Dövlət başçısının 2021-ci il yanvarın 29-da imzaladığı digər sərəncam ilə M.Kajlayev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.