Ağsu “MERO”sunda Hacı Mazan xofubackend

Bu gün dayımın avtomobilini texniki baxışdan keçirmək üçün Ağsu rayonunda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin 3 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsinidə olduq. Texniki baxışdan keçmək üçün “MERO” nun qarşısında uzun növbə idi. Diqqətimi növbədən kənara dayanan avtomobillərin şəkillərini çəkən “MERO” əməkdaşları çəkdi. Məlum oldu ki, şəkili çəkilən avtomobillər növbəsiz texniki baxışdan keçən avtomobillərdir. Texniki baxışı həyata keçirən bölmənin rəisi olan Şahin Sadıqova 150 manat verən sürücülərin avtomobillərinin şəkilləri çəkilərək Şahin Sadıqovun idarə etdiyi “vatsap” nömrəsinə göndərilir və tələb edilən pulu verən sürücülər hər kəsin gözü qarşısında , əllərində hazır sənədlə, avtomobili texniki yoxlanışa salmadan çıxıb gedirlər. Digər sürücülər isə, 30 dərəcə istinin altında növbə gözləməyə məcburdurlar.
Hətta, növbə gözləyən sürücüləri “MERO”nun qarşısında olan kхlпəlli yerlərdə dayanmağa belə, imkan verilmir. Kölgəlik də duran sürücülərə mühafizəçilər , “hər kəs öz maşının yanında dayansın” , qışqıraraq, ərazidən uzaqlaşdırırlar. Növbə gözləyən sürücüləri ona görə uzaqlaşdırırlar ki, növbə gözləyən sürücülər qanunsuz qeydiyyatdan keçən avtomobilləri görməsinlər.
Sürücülərdən niyə bu qanunsuzluğa səsinizi çıxarımırsınız, niyə aidiyyəti qurumlara müraciət etmirsiniz? Sualını şəxsən vermişəm və haqlarını müdafiə etməyə səsləmişəm. Təssüf ki, burda da bir qorxu hökm sürür. Hansı sürücüyə müraciət edirsən , deyir, qardaş, rəis Hacı Mazanın oğludur, kimdir ona nəsə edən… Hacı Mazanın adı Ağsu “MERO” sunda bir xof yaradıb. Şahin Sadıqovada qol-qanad verən rəisinin atasının adıdır . Yoxsa, dövləti qurumunu bu qədər açıq bazara döndərmək Şahin Sadıqovun həddinə deyil.
Maraqlı odur ki, az qala Avropaya, Amerikaya meydan oxuyan Azərbaycan hakimiyyətinin nüfuzu və zəhmi Ağsu MERO ” sunda Hacı Mazanın xofundan qat-qat aşağıdır.
Elshen Elisoy
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
TEREF