Dekabrın 13-də Almaniyanın Aalen Texniki və İqtisadiyyat İnstitutunun professoru Frank Gaertner və Ulm Universitetinin professoru Robert Vatt Azərbaycan Texniki Universitetində (AzTU) olub və universitetin rektoru Vilayət Vəliyevlə görüşüblər.
AzTU-dan “Yeni Gundem” e verilən məlumata görə,Rektor AzTU ilə Almaniyanın qabaqcıl universitetlərinin əməkdaşlığından məmnunluğunu bildirib. Vilayət Vəliyev AzTU ilə Almaniya universitetləri arasında olan mövcud əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Qəbula görə təşəkkür edən Almaniyanın Aalen Texniki və İqtisadiyyat İnstitutunun professoru Frank Gaertner bildirib ki, AzTU-da alman dilini bilən tələbələrin təhsil alması qarşılıqlı tələbə mübadiləsinin aparılmasını daha da asanlaşdıracaq. Qonaq maşınqayırma sahəsində birgə əməkdaşlığın önəmini xüsusi qeyd edib.
Görüşdə gələn il AzTU-da bir sıra ölkələrin Texniki Universitetləri ilə birgə Beynəlxalq Konfransın keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.