Almaniyanın Düseldorf şəhərində at polosu üzrə 14-cü Avropa Çempionatının ikinci qrup oyunları keçirilibbackend

4 sentyabr 2023-cü il tarixdə Almaniyanın Düseldorf şəhərində at polosu üzrə 14-cü Avropa Çempionatının ikinci qrup oyunları keçirilib.

“Yeni Gundem” xəbər verir ki, Elçin Camallı, Tərlan Qurbanəliyev, Joaqin Kopello və Andres Ernesto Lorentonun təmsil olunduqları millimiz bu dəfə son Avropa Çempionu – İtaliyaya 6-1 hesabı ilə qalib gələrək onu darmadağın etdi. Çempionatın ən yaxşı oyunçusu hesab olunan komandamızın kapitanı Elçin Camallı bu dəfə 4 qolu öz aktivinə yazdırdı. Beləliklə yığmamızın göstərdiyi yüksək nəticələrlə yanaşı eyni zamanda bombardirlər siyahısında da yer aldı.

Xatırlatmaq lazımdır ki, 2018-ci ildə İtaliyanın Siena şəhərində keçirilən Avropa Çempionatında Azərbaycan millisi keçirdiyi bütün oyunlarda böyük hesabla qələbə çalmasına baxmayaraq, final oyununda ev sahibləri italyanlara 8-4 hesabı ilə məğlub olaraq qızıl medaldan məhrum olmuşdu. Həmin çempionatı 2-ciliklə bitirən millimiz üçün bugünkü qarşılaşma revanşalmaq üçün gözəl imkan idi və idmançılarımız bu imkandan məharətlə istifadə etdilər.

Beləliklə qrup mərhələsinin son turu olacaq Azərbaycan və 2-ci turda İspaniyaya 7-4,5 hesabı ilə məğlub olan İsveçrə oyununun nəticəsindən asılı olmayaraq millimiz artıq yarımfinalda oynamaq haqqını qazanıb, eləcə də qrupda 1-ci yeri artıq təmin edib. Belə ki, 6 sentyabr 2023-cü il tarixdə keçiriləcək digər oyunların nəticələrinə əsasən qrupun ikinci yeri də müəyyən olunacaqdır.

Zona “B” qrupu oyunları 5 sentyabr tarixində keçiriləcəkdir. 6 sentyabr səhər saat 10:30-da Azərbaycan və İsveçrə millilərinin oyunu baş tutacaqdır.