Məlum olduğu kimi, bir neçə gün əvvəl Şair Alxasov Qusar rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi. Qeyd edək ki, 17 illik başçının görəvdən alınmasının müxtəlif nədənləri yerli KİV-də səslənsə də, əsas versiya kimi Alxasovun Qusar meşələrinə qənim kəsilməsi faktı ön plana çıxdı. Dia-az.İnfo bildirir ki, məhz bu səbəbdən artıq əksəriyyət o qənaətdədir ki, şair Alxasov Qusar RİH rəhbəri postundan Meşə Fonduna aid torpaqlarla bağlı özbaşına qərar verdiyinə görə, işdən atılıb.
Yuxarıdakı fotoda əks olunansa hazırda Xaçmaz rayonuna rəhbərlik edən Elnur Rzayevin şəxsi evinin dislokasiyasıdır. Aydın şəkildə görünür ki, baaşın evi düz meşənin içində tikilib. İddia olunur ki, tikinti zamanı da yüzlərlə ağac məhv edeilib. Elə bunu fotoya nəzər saldıqda da ehtimal etmək olar.
Hər halda, aidiyyatı qurumlarda sözügedən ərazinin dəqiq tarixçəsi barədə dolğun bilgilər var.
Alxasovu buna görə vəzifədən aldılar… Bəs Rzayev necə: onunla bağlı anoloji qərar çıxarılacaqmı?
Hər halda, gözləməyinə dəyər…