Arvadını öldürən hakim məhkəmədə hadisənin ehtiyatısızlıqdan baş verdiyini bildiribbackend

Bakıda arvadını öldürən Sabunçu Rayon Məhkəməsinin hakimi Fəqan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Yeni Gündəm”-in xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan edilib.İttihama görə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlunun 30 may 2021-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməsinə dairəsaslı şübhələr müəyyən edilib.

Fəqan Əhmədova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Daha sonra təqsirləndirilən şəxs məhkəmədə ifadə verib. F.Əhmədov ifadəsində hadisəni bilərəkdən törətmədiyini deyərək özünü sadəcə, 124.1-ci maddə ilə təqsirli bildiyini deyib: “Hadisə ehtiyatsızlıq nəticəsində olub. Ehtiyatsızlıq nəticəsində silah əlimdə açıldı”.

Məhkəmədə şahid qismində təqsirləndirilən və zərərçəkmiş şəxsin yaxınları şahid qismində ifadə veriblər.

İlk olaraq ifadə verən zərərçəkmiş şəxs Pərvanə Əhmədovanın atası Süleyman Quliyev ifadənsində Fəqan Əhmədovdan şikayətçi olmadığını deyib: “Fəqan və Pərvanənin arasında hər hansı problem olmayıb. Ailə münasibətləri də həmişə yaxşı olub. Onların 3 övladı var. Mən və həyat yoldaşım da artıq yaşlanmışıq. Xahiş edirəm onu bağışlayın. Fəqanla barışmışam, aramızda heç bir problem yoxdur”.

Daha sonra şahid qismində zərərçəkmiş şəxsin anası Mətanət Quliyeyeva dindirilib. M.Quliyeva da həyat yoldaı kimi ifadə verərək məhkəmədən Fəqan Hüseynova bəraət verməsini istəyib: “Fəqan üç uşaq atasıdır. Ailə münasibətlərində heç vaxt hər hansı bir problem olmayıb, çox mehriban idilər. Qızım da ailə həyatı qurandan Fəqandan şikayəti olmayıb.Fəqan mənim oğlum kimidi. Hadisədən bir neçə saat əvvəl qızımla danışmışam, hər şey yaxşı idi. Mən Həzi Aslanovda yaşayıram. Gecə yarı Fəqan zəng elədi dedi ki, tez bağa gəlib uşaqlara sahib çıxın. Biz gələndə artıq hüquq-mühafizə orqanlarının əməkdaşları həyətdə idi”.

Daha sonra şahid qismində sabiq hakim Fəqan Əhmədovun anası Səmayə Əhmədova ifadə verib. S.Əhmədova da ifadəsində zərərçəkmiş şəxsin yaxınlarının sözlərini təsdiq edərək Fəqan Əhmədovla Pərvanə Əhmədova arasında hər hansı bir münaqişə olmadığını bildirib: “Fəqan hadisə günü mənə zəng etdi “başımıza daş düşüb, ki, tez bağa gəlin, uşaqlara yiyə durun”, dedi. Bağa gedəndə Pərvanənin anasına da mən zəng edib məlumat verdim. Fəqanın hadisəni bilə-bilə etdiyini bilsəydim onu bağışlamazdım”.

Daha sonra şahid qismində Fəqan Əhmədovun qonşusu Ələşrəf Hüseynov ifadə verib. Şahid ifadəsində həmin gün Fəqanla birlikdə bağlarında yeyib-içdiklərini deyib. Şahid bildirib ki, həmin vaxt Fəqanın əhvalı çox yaxşı olub, özünü də çox normal aparıb: “Mən hadisə baş verməsi barədə səhər xəbər tutdum”.

Daha sonra ifadə verən təqsirləndirlilən şəxsin qardaşı və dayısı da digər şahidlərlə eyni məzmunlu ifade verib.

Bundan sonra təqsirləndirilən şəxs çıxış edərək oğlunun ifadə verməməsi barədə vəsatət verib. Onun vəkilləri də vəsatəti müdafiə ediblər.

Məhkəmə yerində müşavirədən sonra vəsatətin baxılmamış saxlanılmasını elan edib. Növbəti proses sentyabrın 16-a təyin olunub.

Qeyd edək ki, Baş prokurorluğun məlumatına görə, bu il mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlunun 30 may 2021-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fəqan Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.