“Yeni Gundem” xəbər verir ki, sözügedən MTK İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsini pozub. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
İş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. 16 iyul tarixində hakim Rauf Daşdəmirovun sədrliyi ilə işə baxılacaq.