Avropa Komissiyası sanksiyalardan yayınmağı cinayət kimi tanıyıbbackend

Dekabrın 2-də Avropa Komissiyası sanksiya pozuntularının Avropa İttifaqına qarşı cinayətlər siyahısına daxil edilməsini təsdiqləyib. 

“Yeni Gundem” xəbər verir ki, bu barədə AK-nin rəsmi saytında məlumat dərc edilib.

“Komissiyanın təklifi mövcud hüquqi boşluqları bağlayacaq və ilk növbədə Aİ sanksiyalarının pozulmasının çəkindirici təsirini artıracaq”, – deyə bəyanatda bildirilir.
Belə ki, Rusiyaya qarşı sanksiyaları pozan şəxslər, Avropa İttifaqının vətəndaşları 5 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Aİ-nin Rusiya Federasiyasına qarşı sanksiyalarından yayınan şirkətlər il ərzində əldə edilən ümumi dövriyyənin ən azı 5%-i məbləğində cərimələnə bilər.
AK sənədində deyilir: “Məlumatları gizlətməklə və ya şəxsin vəsaitin əsas sahibi olması faktını gizlətməklə məhdudlaşdırıcı tədbirlərdən yan keçmək və ya onlardan yan keçməyə cəhd etmək cinayət olar”.
Qeyd edək ki, noyabrın 28-də Aİ Şurası yekdilliklə anti-Rusiya sanksiyalarından yayınmağı cinayət kimi tanıyıb.

Ayşən

Yenigundem.az