Dövlət başçısı cənab İlham Əliyev 01.11.2018-ci il tarixdə Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ılə bağlı tədbirlər haqqında fərman imzalamışdır.
Fərmandan irəli gələn tədbirlərdən biri də bu istiqamətdə regionlarda maarifləndirici tədbirlərlərin aparılması məsələlərdəndir.Odur ki,08.02.2019-cu il tarixdə Azərbaycan Dillər Universitetinin Azərbaycan dili kafedrasının kafedra müdiri ,professor Adil Babayev,kafedranın doçentləri Sevinc Musayeva,Yeganə Hacıyeva və universitetin müəllimi Aynur Səfərli Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbində müəllim və şagirdlərə Azərbaycan dilinin inkişafında ulu öndər H.Əliyevin xidmətlərindən və dilimizin yad təsirlərdən qorunmasından mövzusunda geniş və maraqlı mühazirə söyləmişlər.Daha sonra müəllim və şagirdlərin suallarını cavablandırmışlar.Sonda məktəbin direktoru Gülnurə Babaşova maraqlı mühazirəyə və maarifləndirici tədbirin Sabir qəsəbə tam orta məktəbində keçirilməsinə razılıq və dəstək verən universitetin rektoru Kamal Abdullayevə dərin minnətdarlığını bildirmişdir.