“Azərbaycan Evi”ndə“Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri” adlı tədbir və “İZ” sənədli filminin nümayişi olub – FOTObackend

2024-cü il aprelin 20-də Azərbaycan Diaspora Komitəsinin maliyyə dəstəyi ilə Finlandiyanın paytaxtı Helsinki şəhərinki “Azərbaycan Evi”ndə“Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri” adlı tədbir və “İZ” sənədli filminin nümayişi olub.

“Yeni Gundem” xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Skandinavia ölkələrindəki fövqəladə və səlahiyyətli səfiri cənab Zaur Əhmədovun aktiv dəstəyi ilə Finlandiyada yaşayan ictimaiyyətnümayəndələri ilə yanaşı Türkiyə, Rusiya, İngiltərə, Almaniya, Moldova, Qazaxıstan, Gürcüstan,Ukrayna, Cənubi Azərbaycandan olan vətəndaşlar İskandinaviya ölkələrinindəki Azərbaycan Səfirliyinin əməkdaşları iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, daha sonra Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Helsinkidəki “Azərbaycan Evi”nin rəhbəri Ülviyyə Cabbarova qonaqları salamlayıb və azərbaycanlıların zaman-zaman öz ata-baba yurdlarından, Qərbi Azərbaycandandeportasiyaya məruz qalmaları ilə bağlı həqiqətləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Ülviyyə xanım bu mövzuda çəkilən filmlərin tarixi əhəmiyyətini xüsusilə qeyd edib. Tədbirə Helsinki və London Cambridge Universiteti elm adamlarının qatılmasının Azərbaycan həqiqətlərinin öyrənilməsi və təbliğində böyük əhəmiyyət daşıdığını bildirib.Onun çıxışından sonra “Əlil Qadınlar Cəmiyyəti”nin sədri Məhluqə Qaramanlıya söz verildi. Məhluqə xanım bir əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı 4 dəfə soyqırımı həyata keçirdiyini vurğuladı. Soyqırımın nəticəsi olaraq hazırkı dövrdə Ata-baba yurdumuz olan Qərbi Azərbaycanda bir nəfər belə olsun azərbaycanlının qalmadığı diqqətə çatdırıldı. Azərbaycanlılara qarşı həyata keçirilən bu soyqırımın dünya ictimaiyyətinə çatdırılmasında Qeyri Hökümət Təşkilatlarına Dövlət DəstəyiAgemtliyinin fəaliyyətinin xüssusi əhəmiyyət kəsb etdiyini bildirdi. Məhluqə xanım ermənilərin saxta, uydurma soyqırımı yalanlarına qarşı Ermənistandan azərbaycanlıların tamamilə sürgün edilməsi faktının sənədli filmlər vasitəsilə dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini qeyd etdi. Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agemtliyinin maliyyə dəstəyi ilə çəkilən “İZ” sənədli filmin əsas məqsəd, Qərbi Azərbaycanla bağlı beynləlxalq ictimaiyyətdə obyektiv təsəvvür formalaşdırmaq, əslən Qərbi Azərbaycandan olan azərbaycanlıarı böyük qayıdışa hazırlamaq olduğunu vurğuladı. Daha sonra söz “İZ” sənədli filminin ssenari müəllifi, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribova verildi. Mahir Qəribov çıxışında qeyd etdi ki, bir çox ölkələr Azərbaycan həqiqətlərini görməzdən gəlsələr belə Azərbaycan tarixi ədaləti özü bərpa edir. Bizim vəzifəmiz budur ki, sənət əsərlərinin dili ilə qədim Azərbaycan torpağı olan  Qərbi Azərbaycanda mövcud olan tarixi abidələr, qalalar, qəsrlər, saraylar, türbələr, məscidlər, körpülər və digər abidələrin ermənilər tərəfindən mərhələli şəkildə məhv edilməsini, eyni zamanda əsrlərlə orda yaşayan, hal-hazırda azərbaycanlıların soyqırıma məruz qalmasınıtarixi faktlarla tədbir iştirakçılarının diqqətinəçatdır. Tədbir “İZ” sənədli filminin nümayişi ilə davam olundu. Tədbirdə iştirak edən, layihə üzrə köməkçi Firuzə Babayevanın filmin hazırlanması və yayılmasında gördüyü işlər vurğalandı.  Filminizlənməsindən sonra Helsinki şəhərində yaşayanəslən Gəncədən olan gənc fəal Mona “Sarı Gəlin” və “Gündüz-gecə” mahnılarını ifa etdi. Belə tədbir və təqdimatların Avropada keçirilməsinin vacibliyi iştirakçılar tərəfindən xüsusilə müzakirə olundu. Bu tarixi faktlarla bağlı məlumatların təbliğatının az olması vurğulandı. Tədbirin sonunda qonaqlarla söhbət çay, kofe və şirniyyat süfrəsi arxasında davam etdirildi.