Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından 3 il ötürbackend

Bu gün ölkəmizin ali təhsil sistemində özünəməxsus yeri olan, dini fəaliyyət sahəsində mühüm hadisələrdən biri sayılan Azərbaycan İlahiyyat İnstitutunun yaranmasından 3 il ötür. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 9 fevral 2018-ci ildə müdrik və uzaqgörən addım ataraq Azərbaycan İlahiyyat İnstitutunun yaradılması barədə mühüm sərəncam imzaladı.

İnstitut qısa müddətdə böyük inkişaf yolu qət edərək ölkəmizin ali təhsilində özünəməxsus yer tutdu. İnstitutun qarşısında duran mühüm vəzifələrdən biri dini fəaliyyət sahəsində peşəkar kadrların yetişdirilməsidir. Hazırda İnstitut bu istiqamətdə fəaliyyətini dövlətimizin diqqət və qayğısı ilə uğurla davam etdirir.

Tarix boyu Azərbaycan xalqı İslam mədəniyyətinə mühüm töhfələr verib, bu bölgədən böyük din alimləri yetişib. Bu gün qarşımızda bu ənənənin uğurla davam etdirilməsi kimi mühüm vəzifə durur.

Müasir dövrdə ölkəmizdə din sahəsinə böyük diqqət və qayğı var. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan din siyasəti hazırda möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Milli-mənəvi dəyərlərimizə yüksək diqqət və qayğı göstərilir.

Din mənəviyyatla yanaşı həm də təhlükəsizlik məsələsidir. Bu da reallıqdır ki, bu gün əksər müsəlman ölkələrində sabitliyi pozmaq üçün xarici qüvvələr din amilindən məharətlə istifadə edirlər. Bu baxımdan hər bir müsəlman ölkəsinin dini təhlükəsizliyini təmin etməsi, öz dini təhsil sistemini qurması xüsusi önəm daşıyır. O ölkələr ki, milli və dini təhlükəsizliyini təmin edirlər onlar uğurla gələcəyə və inkişafa doğru addımlayırlar.

Sonda bu münasibətlə Azərbaycan İlahiyyat İnstitunun kollektivini, bütün ilahiyyat cameəsini təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram.

Ceyhun Məmmədov

Deputat, İlahiyyat üzrə fəlsəfə doktoru