Beynəlxalq Muğam Mərkəzi tərəfindən 26 avqust- Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü münasibətilə qısametrajlı film istehsal edilib.
Mərkəzin mətbuat xidmətindən “Yeni Gündəm”–ə bildirilib ki, filmdə Azərbaycan muğam sənətinin inkişafı, UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi, ölkəmizdə muğam sənətinə göstərilən diqqət və qayğı öz əksini tapıb.
Ekran əsərində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın muğam sənətinin inkişafına göstərdiyi diqqət və qayğıya da geniş yer verilib.
Həmçinin tanınmış muğam ifaçılarımızın muğam sənətini ilə bağlı fikirləri də yer alıb. Filmdə keçirilmiş muğam müsabiqələri haqqında videomateriallardan da istifadə edilib. Film Beynəlxalq Muğam Mərkəzi sosial şəbəkələrində paylaşılıb.
Filimin ideya müəllifi Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov, quruluşçu rejissoru və ssenari müəllifi İlqar Əkbər, operatoru Fuad Təhməzli, redaktoru isə Lalə Azəridir.
Ayşən Rəhim