Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarışlar keçirilir – VİDEObackend

2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarışlar keçirilir.

“Yeni Gundem” xəbər verir ki, müxtəlif mərhələlərdən ibarət olan yarışda hərbi qulluqçular “Narahat mövqelərdən atəş”, “Müdafiə snayperi”, “Hücum edən snayper”, “Snayper estafeti” və digər epizodlarda öz bacarıqlarını nümayiş etdirirlər.

Müsabiqənin əsas məqsədi hərbi qulluqçuların hazırlıq səviyyəsini yoxlamaq və Azərbaycan ordusunda ən yaxşı snayperi müəyyən etməkdir.