Azərbaycan Texniki Universiteti ilə “STP Global Cable” MMC-nin rəhbərliyi arasında işgüzar görüş keçirilibbackend

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “STP Global Cable” MMC-nin rəhbərliyi arasında işgüzar görüş keçirilib.

“Yeni Gündəm”-in məlumatına görə, görüşdə rektor Vilayət Vəliyev, şirkətin direktoru Abdurrahman Güngör və hər iki tərəfdən nümayəndələr iştirak edib.

Qeyd olunub ki, universitetin nəzdində STP Global Cable akademiyasının təşkili, şirkətin mütəxəssislərinin tədrisə cəlb olunması və  ən son istehsal idarəetməsi texnologiyasının tətbiqi tələbələrin praktiki biliklərinin təkmilləşməsinə töhfə verə bilər. Bundan başqa, bütün istehsalçılar və tədarükçülərin ortaq istifadəsi üçün CPR laboratoriyasının yaradılması və fərqli istiqamətlərdə işbirliyi qurmaqla bağlı müzakirələr aparılıb.

Görüləcək işlərlə bağlı aprel ayının ilk həftəsində vorkşopun keçirilməsi də qərara alınıb. Görüşdə tələbələrin şirkətdə təcrübə proqramlarına və elmi-tədqiqatlara cəlb olunmaları ilə bağlı da fikir mübadiləsi aparılıb.