Azərbaycan və Türkiyə birgə hərbi təlimlər keçiribbackend

Azərbaycan və Türkiyə birgə hərbi təlimlər keçirib.

”Yeni Gundem” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə çıxışı zamanı bildirib.

“26-28 dekabr tarixləri arasında Azərbaycanda “Hibrid Təhdidlərə Cavab Təlimi” keçirilib”, – o qeyd edib.

“Regional və qlobal sülhə dəstək çərçivəsində “İki dövlət, bir millət” anlayışı ilə bərabər olduğumuz Azərbaycana dəstəyimiz davam etməkdədir”, – Z.Aktürk əlavə edib.