Azərbaycanda daha bir yüksək vəzifəli şəxs koronavirusdan vəfat etdi – FOTObackend

Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Qurban İsmayılov bu gün səhər saatlarında koronavirusdan vəfat edib.

“Yeni Gündəm”-in xəbərinə görə, Q.İsmayılov iki həftə əvvəl verdiyi test pozitiv çıxıb və xəstəxanada müalicə alıb.

İsmayılov Qurban Soltanəli oğlu 19 noyabr 1971-ci ildə Naxçıvan MR Babək rayonu, Qaraxanbəyli kəndində anadan olub. 2017-ci ildən Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışırdı.Report