Azərbaycanda ər arvadını baltaladıbackend
Beyləqanda münaqişə zamanı ər arvadını baltalayıb.
“Yeni Gündəm” in verdiyi məlumatına görə, hadisə rayonun Mil qəsəbəsində baş verib.
Belə ki, 1971-ci il təvəllüdlü Muradxanov Tahir Camal oğlu həyat yoldaşı olan rayon sakini 1970-ci il təvəllüdlü Cəfərova Dilruba Əli qızı ilə aralarında yaranmış mübahisə zamanı ona balta ilə xəsarətlər yetirib.
Qadın Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.