“Azərbaycanda milli azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur”-Qarabağ erməniləri seçim qarşısındabackend

Xəbər verdiyimiz kimi, martın 9-da Prezident İlham Əliyev “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib.

Müxtəlif etnik qrupların və konfessiyaların nümayəndələrinin Azərbaycanda ləyaqətli və dinc şəraitdə yaşadıqlarını vurğulayan dövlətimizin başçısı deyib:

“Ona görə əminəm ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq, bundan sonrakı dövrdə daha yaxşı olacaq”.

“Yeni Gundem” Prezidentin Qarabağ erməniləri haqqında dediyi ifadələri Politoloq Kənan Novruzovla müzakirə edib.

Siyasi şərhçi Kənan Novruzov açıqlamasında bildirdi ki, Prezident bu sözləri ilə Qarabağ ermənilərinə növbəti dəfə çağırış etdi:

“Azərbaycanın Qarabağ erməniləri ilə bağlı konkret mövqeyi var.Onlar Azərbaycan vətəndaşı olmalı, olmurlarsa oranı tərk etməlidirlər.Əgər onlar Azərbaycan vətəndaşlığını qəbul etsələr azsaylı xalqlara yaradılan şərait ermənilərədə yaradılacaq.Prezident bu sözləri ilə Qarabağ ermənilərinə növbəti dəfə çağırış etdi.Qarabağ ermənilərinin bizim vətəndaşlığı qəbul etməsi o qədərdə lazım deyil.Amma iki yoldan birini seçməlidirlər. Onların öz torpaqlarımızda yaşamasına göz yuma bilmərik”,o dedi.

Politoloq Kənan Novruzov hesab edir ki, 2023-cü ildə Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya prossesinə başlanıla bilər.

“Xankəndi-Laçın yolunda keçirilən dinc etiraz aksiyaları Qarabağ ermənilərini həqiqətəndə bir daha başa saldı.Onlar başa düşdülər ki,nəinki qondarma separatçı rejimdən heç Ermənistan rəhbərliyindən də elə şeyi gözləməyə dəyməz.
Bu il ərzində Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya prossesinə başlanıla bilər.Xocalıda Millət vəkili Ramin Məmmədovun Qarabağda yaşayan erməni icması ilə keçirdiyi görüş bunun əyani göstəricisi ola bilər.
Bundan sonra analoji humanitar danışıqlar aparıb,onların problemləri ilə məşğul ola bilərik.Buda şübhəsiz reinteqrasiyaya töhfəsini verəcək”,- deyə o qeyd etdi.

Fərahim Rəhimov