Azərbaycanda peşə təhsili haqqında dövlət sənədi ilə universitetə daxil olmaq mümkün olacaqbackend

Azərbaycanda “Təhsil haqqında” qanuna dəyişiklik edilir.

“Yeni Gündəm”-in məlumatına görə, qanuna yeni bənd əlavə olunur.

Yeni bəndə əsasən, yüksək texniki peşə təhsili səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılacaq.