Azərbaycanda polisə xəsarət yetirildibackend

Göyçayda polisə xəsarət yetirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Yeni Gündəm”-ə verilən məlumata görə, aprelin 27-i saat 16 radələrində Göyçay rayonunun Bığır kəndində kənd sakini Nursoltan Məmmədov rayon icra hakimiyyəti başçısının kənd üzrə nümayəndəliyinin inzibati binasına gələrək mübahisə yaradıb, bu zaman onu sakitləşdirməyə çalışaraq nizam-intizama dəvət edən Rayon Polis Şöbəsinin əməkdaşı Şahin Xalidovun qanuni tələblərinə məhəl qoymayaraq inzibati binanın divarına bərkidilmiş lövhəni sındıraraq bir hissəsi ilə sonuncuya yüngül bədən xəsarəti yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

N.Məmmədov saxlanılaraq istintaqa cəlb edilib.