Azərbaycanda qayınana gəlini döyüb – Polis hərəkətə keçdibackend

Sosial şəbəkələrdə qayınananın gəlinini döyməsi ilə bağlı görüntülər paylaşılıb. Görüntülərin Lənkəran Rayonun Yuxarı Nüvədi kəndində çəkildiyi iddia edilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülərdən xəbərdardırlar:

“1946-cı il təvəllüdlü Girdənaz Qurbanovanın 1990-cı il təvəllüdlü gəlinini döyməsini əks etdirən videogörüntülərlə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.