Azərbaycanda rus avtomobillərinin satışı kəskin azalıb.
“Yeni Gundem” xəbər verir ki, ötən il Azərbaycanda 698 yeni Lada modeli satılıb ki, bu da 2021-ci illə müqayisədə 59,4% və ya 1021 avtomobil azdır.
2021-ci ildə AvtoVAZ Azərbaycanda 1719 yeni avtomobil sata bilib.
2021-ci ildə Rusiyanın “Lada” brendi Azərbaycanda satış həcminə görə 3-cü yeri tuturdusa, ötən il 8-ci yerə enib.